Saat:08:47
Haqqımızda

"Ermənistan və Azərbaycan arasında sülhü təmin etmək üçün imkanlar mövcuddur" - Toyvo Klaarın sözçüsü

2024-04-12 17:18:54

Ermənistan və Azərbaycan arasında davamlı sülhü təmin etmək üçün imkanlar mövcuddur.

Hurriyyet.az xəbər verir ki, bu barədə “report”un sorğusuna cavab olaraq Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın sözçüsü məlumat verib.

Bildirilib ki, Aİ İrəvanın Bakıya göndərdiyi son təkliflər də daxil olmaqla tərəflər arasında məsələ ilə bağlı layihə mətnlərinin davamlı mübadiləsini müsbət qiymətləndirir:

“Biz hər iki tərəflə daimi təmasdayıq. İnanırıq ki, tərəflər arasında, xüsusən də Prezident Mişel tərəfindən ən yüksək səviyyədə dəstəklənən, bir neçə il davam edən danışıqlar və müzakirələrdən sonra Ermənistan və Azərbaycan arasında davamlı sülhü təmin etmək üçün elementlər mövcuddur”.

Xüsusi nümayəndənin yaxın dövrdə Azərbaycan və Ermənistana səfər edib-etməyəcəyinə gəldikdə isə diqqətə çatdırılıb ki, Toyvo Klaar tez-tez regiona səfər edir, normallaşma prosesini və sülh gündəmini irəli aparmaq üçün bundan sonra da səfərləri davam etdirəcək.

Qeyd edək ki, Toyvo Klaar aprelin 10-u Brüsseldə “Azadlıq Radiosu”nun erməni xidmətinə müsahibə verib və müsahibə zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının çox vaxt almayacağını düşündüyümü deyib. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi regionda normallaşma prosesini dəstəklədiyini və bunun üçün Bakı və İrəvanla birgə işləmək istədiklərini vurğulayıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.171407