Saat:12:48
Haqqımızda

Ermənistan üçün ən pisi nədir - Rusiyaya xəyanət, yoxsa Paşinyanın qorxaqlığı? - ƏTRAFLI

2022-06-27 22:45:00

Ermənistan üçün ən pisi nədir - Rusiyaya xəyanət, yoxsa Paşinyanın qorxaqlığı? - ƏTRAFLI

“Sergey Lavrov Bakıda səfərdə olarkən əslində Azərbaycaın tezislərini təkrarladı. Amma hökumətimiz heç bir reaksiya vermədi”.

Bu fikirləri analitik Qalust Qriqoryan səsləndirib.

Erməni analitik Lavrovun Bakı səfərindəki çıxışından sitat gətirir: “Siz münasibətlərin normallaşması, sülh müqaviləsi və gələcək müqavilənin müddəaları haqda danışırsınız. Yeri gəlmişkən, biz Ermənistan tərəfinin, yəni baş nazir Paşinyanın bu mövzuda danışıqlara hazır olduğunu eşitdik. Burada da biz Azərbaycan və Ermənistanın razılığı ilə yardım göstərməyə hazırıq”.

Qriqoryan daha sonra fikirlərini belə davam etdirir: “Lavrov onun (Paşinyanın – red) adından danışan şəxs funksiyasını öz üzərinə götürüb. Biz hamımız bilirik ki, Sergey Lavrov ümumiyyətlə diplomat deyil. Sadəcə olaraq Rusiya prezidenti Vladimir Putinin iradəsinin sözçüsüdür. Məqsədinə çatmaq üçün ona istənilən söz və ifadələrdən istifadə etməyə icazə verilir. Deməli, Putin yenə Lavrovun dili ilə danışıb. Kimin tapşırığı ilə indi Ukraynada müharibə gedir və Moldova və Baltikyanı ölkələrdən başlayaraq, Qazaxıstan və Böyük Britaniyaya qədər bütün ölkələrə təhdidlər səslənir?. Rusların artıq Ukraynadakı müharibənin ağırlığını hiss etməsi Putinin vecinə deyil” – erməni müəllif vurğulayır.

“Axı Putin həmişə təkrar edir ki, Rusiyasız sülh ona lazım deyil. Və hamı bilir ki, Putin Rusiya üçün dünyanın hansı yerini hazırlayıb. O, özünü rus torpaqlarının kolleksiyaçısı hesab edir və Böyük Pyotrla eyniləşdirir. Amma Putin Türkiyə ilə baş-başa toqquşmaya getmir, həm də Azərbaycan prezidenti qarşısında anlaşılmaz zəiflik nümayiş etdirir. Demək olar ki, hər şey dağılır. Həm Ramzan Kadırovun çıxışları, həm də Dmitri Medvedyevin postları Kremldə həddindən artıq əsəbi vəziyyətin hökm sürdüyünü göstərir. Ukrayna müharibəsi ilə bağlı bütün planların həyata keçəcəyinə əminlik yoxdur. Üstəlik, Qərbin silahlarını tam şəkildə alan Ukraynanın hazırda Rusiyanın nəzarətində olan çoxlu əraziləri geri alacağı ilə bağlı qorxular var” – Qalust Qriqoryan bildirir.

Erməni analitik yenidən Lavrovun Bakı səfəri haqda danışır: “Biz gördük ki, Lavrov Bakıda “Dağlıq Qarabağ” əvəzinə “Qarabağ”, “münaqişə” əvəzinə “münaqişədən sonrakı nizamlama”, “müharibə” əvəzinə “hadisələr” ifadəsini işlətdi. Ancaq təəssüf ki, bu, heç də hamısı deyil. Lavrov dedi ki, müharibədən sonra vəziyyət dəyişib və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin hazırladığı “sənədlər” keçmişdə qalıb. Belə çıxır ki, Lavrov Azərbaycanın mövqeyini səsləndirir?! Axı Azərbaycan Xarici İşlər Nazirliyi də ATƏT-in Minsk qrupunun mövcud olmadığını elan edib. Necə deyərlər Lavrov Ermənistana zərbə endirib. Bu isə Rusiyanın özünün strateji müttəfiqinə qarşı açıq-aşkar xəyanət etdiyinin sübutudur. Amma hökumətimizin (Paşinyan administrasiyası – red) buna lazımi cavabı verməyə belə cəsarəti çatmır” – Qalust Qriqoryan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR