Saat:16:06
Haqqımızda

Ermənistan üçtərəfli sazişə əməl etsə... - Putin

2021-09-22 09:34:00

Ermənistan üçtərəfli sazişə əməl etsə... - Putin

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbrik məktubu göndərib.

Hurriyyet.az xəbər verir ki, Baş nazir Nikol Paşinyana ünvanlanan məktubda Rusiya Federasiyasının başçısı bir neçə məsələyə toxunub.

"Rusiya-Ermənistan münasibətləri dost, müttəfiqdir. Dövlətlərimiz arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq - AİB, KTMT və MDB çərçivəsində konstruktiv əməkdaşlıq qurulmuşdur. Əminəm ki, birgə səylərlə bütün sahələrdə ikitərəfli tərəfdaşlığı gücləndirməyə bundan sonra da davam edəcəyik", - deyə Putin bildirib.

O, həmçinin onu da qeyd edib ki, Ermənistanı üzləşdiyi problemlərdən yalnız Azərbaycan və Rusiya ilə birgə imzaladığı üçtərəfli bəyanat xilas edəcək:

"Bu gün Ermənistan ciddi problemlərlə üzləşir. Noyabr və Yanvar üçtərəfli sazişlərinin ən yüksək səviyyədə, ardıcıl şəkildə həyata keçirilməsinin ölkənizin və bütün Zaqafqaziya regionunun dinc və firavan inkişafını təmin edəcəyini düşünürük".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR