Saat:04:47
Haqqımızda

Ermənistan Türkiyə ilə sərhəd keçid məntəqəsini istifadəyə hazır vəziyyətə gətirir

2023-11-17 17:40:15

Ermənistan Türkiyə ilə sərhəd keçid məntəqəsini istifadəyə hazır vəziyyətə gətirir

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan İrəvanın “Marqara” keçid məntəqəsini işə salmaq planlarından danışıb.

Onun sözlərinə görə, tikinti ilə bağlı müqavilədə konkret zaman göstərilibmiş və Ermənistanla Türkiyə sərhədindəki “Marqara” sərhəd keçid məntəqəsinin artıq gələn həftə istifadəyə hazır olacağı gözlənilir. Sərhədlərin açılması barəsində razılaşma reallaşan kimi keçid məntəqəsi işə düşə bilər.

Badasyan Türkiyə ilə sərhədin konkret nə zaman açılacağını deməyib. O, bu sahənin onun vəzifələrinə aid olmadığını söyləyib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.665053