Ermənistan TŞ katibi və deputatları təzə Laçın yoluyla Xankəndindəki "bayram"a qatıldı... - Zabuxdan salamat buraxdığımız Andranik də...

2022-09-03 10:23:00

Ermənistan TŞ katibi və deputatları təzə Laçın yoluyla Xankəndindəki

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Ermənstan parlamaentinin bir qrup hakimiyyətyönlü və müxalif deputatı dünən - sentyabrın 2-də dövlətimizin yenicə tikdiyi alternativ Laçın yolu vasitəsilə Rusiya "sülhməramlı"larının nəzarətində olan Azərbaycan ərazisinə növbəti qanunsuz səfər ediblər.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Ermənistan rəsmisi və parlamentarilərinin səfərdən məqsədi Azərbaycan ərazisində separatçı-terrorçu erməni rejiminin qondarılmasının 31-ci ildönümü ilə bağlı tədbirlərə qatılmaq olub.

Qəsbkar ölkənin təhlükəsizlik şurası katibinin və deputatların Xankəndinə səfərinin Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən iki gün sonraya təsadüf etməsi həmin görüşlərə qarşı təxribat kimi də dəyərləndirilməsi təbiidir...

Qeyd edək ki, dünən Xankəndində "Daşnaksütyun"un təşkilatçılığıyla Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə izdihamlı yürüş və mtinq keçirilib..

Zabuxda qanunsuz məskunlaşmış hayların qondarma "mer"i, 2017-ci ildə Suriyadan köçürülərək Azərbaycan torpağında qanunsuz məskunlaşmış Livan mənşəli Andranik Çavuşyan hələ kənd tam boşaldılmamışdan xeyli öncə - avqustun ortalarında ailəsini: arvadını və 5 uşağını əşyaları ilə birlikdə Xankəndinə göndərib.

Aprel döyüşlərində və 44 günlük savaş zamanı əlində silah Azərbaycana qarşı döyüşmüş, Zabuxda dəfələrlə Azərbaycan əsgərinə qarşı hədələyici çıxışlar etmiş terrorçu xislətli A.Çavuşyan bu dəfə sentyabrın 2-də qanunsuz məskunlaşdığı Xankəndində görünüb.

Sosial şəbəkələrin erməni seqmentində Xankəndində Azərbaycan ərazisində separatçı-terrorçu erməni rejiminin qondarılmasının 31-ci ildönümü ilə bağlı keçirilən mintinqdən yayılmış fotolarda işğal dövründə Zabuxda qanunsuz məskunlaşmış hayların üzdəniraq “meri” də azyaşlı oğlu ilə birgə görüntülənib

Qeyd edək ki, bu ilin iyul ayında A.Çavuşyan İrəvanda rusiyayönlü müxalifətin Azərbaycan əleyhinə mitinqinə də qatılmışdı…

Xatırladaq ki, Moderator.az Zabux və Laçın şəhərindən çıxmış 10-a yaxın digər qanunsuz məskunlaşmış hay ailəsinin də yenidən qanunsuz olaraq Xankəndində məskunlaşmaları haqda məlumat vermişdi… 

moderator.az

Ermənistan TŞ katibi və deputatları təzə Laçın yoluyla Xankəndindəki "bayram"a qatıldı...


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.068302