Ermənistan TŞ katibi Hindistan kəşfiyyatının başçısı ilə görüşüb

2022-11-18 19:48:00

Ermənistan TŞ katibi Hindistan kəşfiyyatının başçısı ilə görüşüb

Hurriyyet.az “Vestnik Kavkaza” nəşrinə istinadla xəbər verir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Nyu-Dehliyə işgüzar səfəri zamanı Hindistanın Baş nazirinin müşaviri Acit Doval və Xarici Kəşfiyyat İdarəsinin başçısı Samant Qoel ilə görüşüb. Qriqoryan bu barədə sosial şəbəkə hesablarında məlumat verib.

Danışıqların iştirakçıları təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Qriqoryan qeyd edib ki, görüş zamanı yüksək səviyyədə qarşılıqlı səfərlərin təşkilinin də mühüm olduğu vurğulanıb.

Tərəflər təhlükəsizlik sahəsində erməni-hind əlaqələrinin inkişafını alqışlayıblar.

Qriqoryanın sözlərinə görə, danışıqlar nəticəsində təhlükəsizlik sahəsində planlaşdırılmış proqramların tez bir zamanda reallaşmasına kömək eləmək barəsində razılıq əldə edilib.

Xatırladaq ki, oktyabr ayında Hindistana Ermənistanın Müdafiə naziri Suren Papikyanın başçılığı altında nümayəndə heyəti səfər etmişdi. Hindistan mətbuatı həmin səfər zamanı ölkələr arasında böyük həcmdə hərbi-texniki sövdələşmələr əldə edildiyini yazır.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.138688