"Ermənistan tezliklə Azərbaycanın şərtlərini qəbul edib sülh danışıqlarına başlamalıdır" - SAMİR HÜMBƏTOV

2022-09-13 16:51:00

"Bundan başqa, maraqlı güclər regionda sülhün təmin olunmasına nail olmalı, rəsmi Bakının sülh çağırışları təşəbbüslərinə dərhal dəstək verilməlidir"

"Dünən axşam Ermənistan-Azərbaycan dövlət sərhədində baş verənlər vəziyyətin artıq dözülməz olduğunu və Ermənistanın sülh prosesindən uzaqlaşmaq istədiyini, prosesdə maraqlı olan digər tərəflərin Azərbaycana qarşı baş verən təxribat hallarında səssiz qalmaq istədiyini aydın şəkildə göstərmiş oldu. Əlbəttə, Ermənistanın Azərbaycana qarşı tutduğu düşmən mövqe bir daha onu sübut etmiş oldu ki, Ermənistan və ona dəstək verən qüvvələr regionda sülhün olmasını istəmirlər". Hurriyyet.az xəbər verir ki, bunu "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri, politoloq Samir Hümbətov bildirib.

Politoloqun fikrincə, Ermənistan tərəfinin gah sülh danışıqlarına tezliklə başlamaqla bağlı verdiyi açıqlamalar, gah da mütəmadi şəkildə təxribat hallarını artırması dünyanı çaşdırmaq niyyətlərindən xəbər verir: "Ortada real sülh müqaviləsi olmasa, keçrilmiş görüşlər nəticəsində əldə edilmiş razılıqlar icra edilməsə, Azərbaycan prezidenti cənab İlham Əliyevin Ermənistana dəfələrlə sülh çağrışları etməsinə baxmayaraq, Ermənistanın tutduğu təcavüzkar siyasət bundan sonra da davam edə bilər. Şübhə yoxdur ki, dünyanın ən peşəkar ordularından biri halını almış Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən təxribatının qarşısını alır və bundan sonra da bu tendensiya davam edəcək. Sonuncu təxribat zamanı düşmənin hərbi hissəsinin sıradan çıxarılması, iki S-300 raket kompleksinin sıradan çıxarılması və bu kimi hallar Azərbaycan Silahlı Qüvvələrinin gücünü ortaya qoymuş olur".

"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədrinin sözlərinə görə, bu hərbi toqquşma bir daha onu göstərmiş oldu ki, Ermənistan tezliklə Azərbaycanın şərtlərini qəbul edib sülh danışıqlarına başlamalıdır: "Bundan başqa, maraqlı güclər regionda sülhün təmin olunmasına nail olmalıdır. Həmçinin, Azərbaycanın sülh çağırışları təşəbbüslərinə dərhal dəstək verilməlidir. Sözügedən halların həyata keçirilməsi regionda sülhün təmin edilməsi baxımında önəmli əhəmiyyət daşıyır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057988