"Ermənistan tərəfi yeni toqquşmalarda maraqlı görünür" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2022-06-14 12:35:00

"Artıq Vaşinqtonun Azərbaycana münasibəti müsbətdir və İrəvana ciddi təzyiqlər etməsi mümkündür"

"Rusiyanın XİN rəhbəri Sergey Lavrovun KTMT-nin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün İrəvana səfəri çərçivəsində əsas işi Azərbaycanla əldə olunmuş razılaşmaları pozmaqdan ibarətdir". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq qeyd edib ki, hazırda Brüsseldə əldə olunmuş razılaşmalar Kremlin təlimatlari ilə Ermənistan tərəfindən yerinə yetirilmir: "Ermənistanın Laçın rayonu ilə dövlət sərhədində təxribatlara əl atması bunu göstərir. Nikol Paşinyan da mövcud vəziyyətdə daxildə baş verənlərdən dolayı manevr edir və prosesləri uzatmağa çalışır. Baş verənlər ciddi xəbərdarlıqdır və Ermənistan tərəfi yeni toqquşmalarda maraqlı görünür".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Moskvanın təzyiqləri fonunda acizdir: "ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisinin Cənubi Qafqaz səfəri turnesində Bakı və İrəvanda danışıqlar aparacaq. Artıq Vaşinqtonun Azərbaycana münasibəti müsbətdir və İrəvana ciddi təzyiqlər etməsi mümkündür. Çünki Ermənistan Rusiyanın forpostu olaraq sülh prosesinə mane olur. Cənubi Qafqazda ABŞ-Rusiya rəqabətində Ermənistan tərəfi Moskvanın dəstəyi ilə sülhü sabotaj etməklə, Vaşinqtonun regionda geosiyasi maraqlarına zərbə vurur. Odur ki, Azərbaycanla Ermənistan arasında danışıqlar İrəvanın destruktiv siyasəti nəticəsində növbəti mərhələ də dalana dirənir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya