Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycandan üzr istədi

2022-09-05 09:17:00

Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycandan üzr istədi

Xəbər verdiyimiz kimi, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Xankəndinə qanunsuz səfər edib.

Hurriyyet.az xəbər verir ki, o, qeyd edib ki, tamamilə haqlı olaraq səfər rəsmi Bakının sərt reaksiyasına səbəb olub.

Xatırladaq ki, Xankəndinə səfər edən Armen Qriqoryan “Facebook” sosial şəbəkəsində foto yerləşdirərək belə şərh yazmışdı:

“Sentyabrın 2-də Xankəndidəki qardaşlıq abidə kompleksini ziyarət etdim, həlak olan “qəhrəmanların” xatirəsini əbədiləşdirən abidənin postamenti önünə gül dəstələri qoydum”.

Gözlənildiyi kimi, Azərbaycan Xarici İşlər Nazirliyi bu səfərə dərhal cavab verib. XİN qeyd edib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfəri İrəvan tərəfindən növbəti təxribatdır.

XİN vurğulayıb ki, Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən növbəti görüşündən dərhal sonra Ermənistan rəsmisi tərəfindən məqsədyönlü şəkildə atılan bu qanunsuz addım nəinki görüş zamanı əldə olunmuş razılaşmalara kölgə salır, həm də Ermənistanın normallaşma prosesində qeyri-səmimiliyini açıq şəkildə nümayiş etdirir. 

“Biz Ermənistan rəsmisinin təxribat xarakterli addımını qətiyyətlə pisləyirik və Azərbaycanın beynəlxalq sərhədlər çərçivəsində ərazi bütövlüyünə qarşı atılan istənilən addıma cavab veriləcəyini vurğulayırıq”, - deyə Azərbaycan XİN-dən bildirilib.

Ermənistanın 168.am nəşrinin yazdığına görə, Armen Qriqoryan Azərbaycanın reaksiyasından o qədər qorxub ki, daxili kanallar vasitəsilə Azərbaycan tərəfindən bağışlanmağa və Xankəndinə səfərə görə özünə haqq qazandırmağa çalışıb.

Armen Qriqoryan izah edib ki, o, özü qarabağlıdır və Qarabağa səfəri siyasi deyil, şəxsi məqsəd daşıyır:

“Məqsədim əsasən ata evimi və atamın məzarını ziyarət etmək idi”.

O, Qarabağa dövlət xadimi kimi deyil, adi vətəndaş kimi səfər etdiyini bildirib:

“Bu baxımdan abidə kompleksini ziyarət etdim”.

Bizim.media


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059630