Saat:05:04
Haqqımızda

Ermənistan Təbrizdə konsulluq açacaq - İranın Zəngəzurdakı nümayəndəliyinə qarşılıq

2024-04-25 12:14:44

Ermənistan Təbrizdə konsulluq açacaq - İranın Zəngəzurdakı nümayəndəliyinə qarşılıq

Hurriyyet.az xəbər verir ki, 2022-ci ilin oktyabrında İranın tarixi Azərbaycan ərazisi olan Qafan şəhərində konsulluq açmasından sonra İrəvanla Tehran arasında əldə edilmiş razılaşmaya əsasən, Ermənistan Xarici İşlər Nazirliyinin Cənubi Azərbaycanın Təbriz şəhərində konsulluq açması gözlənilir. 
"Sputnik Ermənistan" informasiya agentliyinin məlumatına görə, bu barədə qərar Ermənistan hökumətinin aprelin 25-də keçirilən iclasında qəbul edilib. Ermənistanın Təbrizdəki konsulunun əməkhaqqısı 2565 dollar olacaq - bu İrəvanın Tehrandakı səfirinin aylığının altıdan beşinə bərabərdir. 
2022-ci il oktyabrın 21-də, Qafandakı İran konsulluğunun açılışı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ermənistanın Təbrizdə konsulluğunun açılması barəsində razılaşdıqlarını bəyan ediblər.
2023-cü ilin dekabrında Mirzoyanla birgə mətbuat konfransı zamanı Abdullahiyan konsulluğun 2024-cü ilin əvvəllərində açılacağına ümidvar olduğunu bəyan etmişdi.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.253741