Saat:01:45
Haqqımızda

Ermənistan sülh sazişinə təminatçı ölkə axtarır: ABŞ, Rusiya, yoxsa Aİ? - "Hələ imzalamırıq"

2023-06-01 14:32:00

Ermənistan sülh sazişinə təminatçı ölkə axtarır: ABŞ, Rusiya, yoxsa Aİ? -

Hurriyyet.az “Sputnik Ermənistan” agentliyinə istinadla xəbər verir ki, Ermənistan Parlamentinin spikeri Alen Simonyan Rusiya, ABŞ və Avropa İttifaqının Ermənistan ilə Azərbaycan arasındakı sülh sazişinin təminatçısı olmağa hazır olduqlarını bəyan edib.

Simonyan iyunun 1-də Ermənistan parlamentində keçirilən brifinqdə deyib: “Sülh sazişi hökmən üçüncü ölkə tərəfindən təminata alınmalıdır. Bütün təminatlar təqdim edilməlidir. Danışıqların aparıldığı mərkəzlər artıq əldə edilmiş razılaşmalara riayət edilməsini izləməyə hazır olduqlarını bildiriblər”.

Bəlli olduğu kimi, iyunun 1-də Moldovanın paytaxtı Kişinyov şəhərində Avropa Siyasi Birliyinin ikinci sammiti işə başlayıb.  Sammitdə Türkiyə və Azərbaycan prezidentləri də daxil olmaqla, 47 Avropa ölkəsinin liderləri iştirak edirlər. Rusiya ilə Belarus sammitə dəvət edilməyiblər.

Sammit çərçivəsində Kişinyovdan 45 kilometrlik məsafədə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Avropa Şurasının sədri Şarl Mişelin iştirakı ilə beştərəfli görüş keçiriləcək, sülh danışıqları aparılacaq. Ermənistan tərəfi sülh sazişinin hələ imzalanmayacağını bəyan edib.

Hürr Tərcüman

Ermənistan sülh sazişinə təminatçı ölkə axtarır: ABŞ, Rusiya, yoxsa Aİ?

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR