Saat:16:05
Haqqımızda

Ermənistan statistikası: ölüm və boşanmalar artıb, doğum və nigahlar azalıb

2025-01-16 14:25:39

Ermənistan statistikası: ölüm və boşanmalar artıb, doğum və nigahlar azalıb

Hurriyyet.az "Aysor" nəşrinə istinadla məlumat verir ki, Ermənistanda doğum səviyyəsi azalmaqda davam edir, ölüm və boşanma halları isə artmaqdadır. Ermənistanda 2024-cü ilin yanvar-noyabr aylarında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2598 uşaq az doğulub. 
Ermənistan Respublikasının Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-noyabr aylarında doğulanların sayı 30 916 nəfər olub, 2023-cü ilin eyni dövrüdə isə bu ölkədə 33 514 uşaq dünyaya gəlib.
2024-cü ilin ilk 11 ayında ölənlərin sayı 1199 nəfər artaraq, 23 391 nəfərə çatıb.
Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin 11 ayında nikahların sayı 2023-cü illə müqayisədə 815 ədəd az, yəni 14 315 ədəd olub. 
Ötən ilin yanvar-noyabr aylarında boşanmaların sayı 114 ədəd artaraq 4279-a çatıb.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.158820