Saat:04:35
Haqqımızda

Ermənistan silkələnir – “Buna zəmin hazırlanır, üç il sonra...”

2022-08-13 13:24:00

Ermənistan silkələnir – “Buna zəmin hazırlanır, üç il sonra...”

“Azərbaycan Prezidentinin fikrindən çıxan nəticə budur ki, ermənilər və azərbaycanlılar vasitəçisiz, indiki halda ruslar olmadan bir yerdə yaşaya, ünsiyyət qura bilərlər”.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

Erməni siyasətçi Azərbaycan Prezidenti İlham Əliyevin AZTV-yə müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib:

“Laçın dəhlizi boyu yeni yolun çəkilişinə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, son 6-7 ayda tikinti şirkətinin nümayəndələrinin işi Rusiya sülhməramlılarının müşayiəti olmadan həyata keçirilib və onların ermənilərlə ünsiyyət qurmaq imkanları olub. Ümumi fikir ondan ibarətdir ki, həmin dövrdə ermənilərlə azərbaycanlılar arasında düşmənçilik olmayıb, normal münasibətlər yaranıb və Rusiya sülhməramlılarının olmasına ehtiyac olmayıb.

Yəni Azərbaycan Prezidentinin bu fikrindən çıxan nəticə budur ki, ermənilər və azərbaycanlılar vasitəçisiz, indiki halda ruslar olmadan bir yerdə yaşaya, ünsiyyət qura bilərlər.

Nəzərə alsaq ki, sülhməramlıların Qarabağda yerləşdirilməsinin 5 illik müddətinin başa çatmasına 3 il qalır, anlamaq olar ki, müddəti uzatmamaq üçün zəmin hazırlanır”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR