Ermənistan sərhəd məntəqəsini bağladı
2022-12-13 16:35:00

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ermənistan tərəfi Azərbaycan-Ermənistan sərhədindəki nəzarət-buraxılış məntəqəsini bağlayıb.
Şahidlərin sözlərinə görə, Azərbaycan fəallarının Xankəndi-Laçın yolunu bağlamasından sonra artıq ikinci gündür ki, bu istiqamətdə hərəkət tamamilə dayanıb.
Bəlli olduğu kimi, ictimai fəallar Azərbaycan mütəxəssislərinin ölkəmizin ərazisindəki mədənlərin qeyri-qanuni istismarı ilə bağlı monitorinq keçirməsinə imkan verilmədiyi üçün dinc etiraz nümayişi keçirirlər.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya