Ermənistan rəhbərliyinin növbəti həyasızlığı – Bu dəfə Putindən narazılıq edirlər

2023-09-16 14:18:10

Ermənistan rəhbərliyinin növbəti həyasızlığı – Bu dəfə Putindən narazılıq edirlər

44 günlük müharibənin sonunda imzalanan 10 noyabr 2020-ci il tarixli bəyanatın bir çox maddəsini yerinə yetirmkdən qaçan Ermənistan rəhbərliyinin həyasızlığı sərhəd tanımır .

Bu dəfə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bunu nümayiş etdirib. O, erməni mətbuatına müsahibəsində Rusiya Prezident Vladimir Putindən narazılıq ifadə edib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan edib və Rusiyanın da buna adekvat addım atacağı müsajını verib.

Qriqoryan isə bundan narahat olub.

“Bu bəyanat etibarlıdır və arzu olunarsa, siyasi iradə varsa, bugünkü vəziyyət, böhran, Laçın yolunun açılması və bağlanması ilə bağlı bütün məsələlər noyabrın 10-da qəbul edilmiş bəyanatla tənzimlənər” – deyə, Qriqoryan iddia edib.

Ancaq 10 noyabr bəyanatının müddəalarını İrəvanın niyə yerinə yetirmədiyinə aydınlıq gətirmətyib.

Azpolitika.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.135502