Ermənistan razılaşma mətninin altıncı variantını Azərbaycana təqdim edib
2023-11-21 16:08:42

Hurriyyet.az xəbər verir ki, Ermənistan XİN-in “İks” (X) sosial şəbəkəsindəki paylaşmasında İrəvanın sülh müqaviləsinin 6-cı variantını Bakıya göndərdiyi deyilir:
“Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzlanmağına nail olmaq üçün diplomatik səylərin fəallaşdırıldığı barəsində noyabrın 18-də verdiyi açıqlamanın ardından erməni tərəfi Azərbaycan tərəfinə müqavilə mətni ilə bağlı altıncı təklifini təqdim edib”.
Hürr Tərcüman
