Saat:04:45
Haqqımızda

Ermənistan Qəzzaya 30 ton yardım göndərəcək

2024-03-28 12:22:49

Ermənistan Qəzzaya 30 ton yardım göndərəcək

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistan Qəzza sektoruna 29,94 ton humanitar yardım göndərəcək. Bu barədə qərar Ermənistan Respublikasının hökumətinin iclasında verilib. 
Ermənistanın daxili işlər nazirinin müavini Arpine Sarkisyan humanitar yardıma ərzaq və dərman məhsullarının daxil olduğunu qeyd edib. Onun sözlərinə görə, ölkənin Müdafiə Nazirliyi humanitar yardımı Misir vasitəsilə göndərəcək. Martın əvvəlində Baş nazir Nikol Paşinyanın Misirə səfəri zamanı iki ölkənin rəhbərliyi arasında bununla bağlı razılıq əldə edilib.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.214146