“Ermənistan Qərblə Rusiya arasında qlobal qarşıdurmada iştirak edir” - Aram Safaryan

2022-12-26 22:15:00

“Ermənistan Qərblə Rusiya arasında qlobal qarşıdurmada iştirak edir” - Aram Safaryan

“Biz ölkəmizi Qərblə Rusiya arasında qlobal qarşıdurmada iştirak etmək kimi böyük vəsvəsədən xilas edə bilmədik”.

Hurriyyet.Az erməni mediasına istinadən xəbər verir ki, bu barədə politoloq Aram Safaryan deyib. Onun sözlərinə görə, Qərblə Rusiya arasında qlobal qarşıdurma Ermənistanın iqtisadi və siyasi reallığına təsir edib:

“Ermənistan müxtəlif geosiyasi vektorların tərəfdarları arasında ciddi döyüş meydanına çevrilib. İndi bizim əsas vəzifəmiz postsovet ili ərzində topladığımız dostluq, əməkdaşlıq, tərəfdaşlıq, müttəfiqlik təcrübəsini itirməməkdir. Ermənistanla Rusiya arasında müttəfiqlik və qarşılıqlı fəaliyyət səviyyəsinin pisləşməsi ilə bağlı təhlükə hamıya məlumdur. Odur ki, yaxın gələcəkdə həm Ermənistanın postsovet məkanında milli maraqlarının təşviqi, həm də strateji müttəfiqliyimizi daha da ahəngdar şəkildə inkişaf etdirmək üçün çoxlu iş görməliyik. Bizə sadəcə səriştəli iş, strateji birliyin inkişafına və dərinləşməsinə töhfə vermək bacarığı lazımdır”, – deyə erməni ekspert vurğulayıb.

“Erməni cəmiyyəti hakimiyyətdən Rusiya ilə sənaye potensialının inkişafı istiqamətində qarşılıqlı əlaqəni gözləyir. Hazırda dünya Bankının bir proqnozu reallaşıb. Yoxsulluq səviyyəsi əhalinin 42%-ni əhatə edir.  Bu o deməkdir ki, əhalimizin az qala yarısı yoxsulluq içində yaşayır.  Yoxsulluğun təhdidedici səviyyəsini azaltmağın başqa yolu yoxdur, ancaq iqtisadiyyatın inkişafına dəstək siyasətini davam etdirmək lazımdır”, – deyə Safaryan fikirlərini tamamlayıb. \\KONKRET.az  


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.141027