Saat:01:48
Haqqımızda

"Ermənistan Qərbə arxayın olub danışıqların axarını dəyişdirməyə cəhd edir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2021-12-07 11:05:00

"Anlaşmaları yerinə yetirməzsə və bu razılaşmalardan çıxarsa, o zaman Ermənistan tərəfinin ciddi mənfi nəticələrlə üzləşməsi mümkündür"

"Ermənistanın Brüssel görüşündə, əldə edilən razılaşmaların icrasını deyil, Minsk qrupunun fəaliyyəti və "status" məsələsini gündəliyə çıxarması gözlənilir". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, Ermənistan tərəfi Qərbə arxayın olub danışıqların axarını dəyişdirməyə cəhd edir: "Burada erməni lobbisi də əsas rol oynayır. Məhz ötən gün prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə vaxt tələb etməsi Ermənistana ciddi mesajdır. Təbii ki, anlaşmaları yerinə yetirməzsə və bu razılaşmalardan çıxarsa, o zaman Ermənistan tərəfinin ciddi mənfi nəticələrlə üzləşməsi mümkündür. Azərbaycan tərəfinin tələbi ondan ibarətdir ki, Ermənistan tərəfi Brüssel görüşünə arxayın olunca, Zəngəzur dəhlizinin açılması ilə bağlı vaxtı müəyyən etsin".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri onu da əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Soçi bəyannaməsini və digər iki razılaşmaları gələn ildən yerinə yetirməyə məcbur olacaq.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.155438