Ermənistan parlamentində Paşinyanın istefası tələbi səsləndirildi

2022-05-04 19:21:00

Ermənistan parlamentində Paşinyanın istefası tələbi səsləndirildi

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentində müxalifət Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Bu barədə məlumatı “Sputnik” agentliyinin Ermənistan redaksiyası yayıb.

“Ermənistan” fraksiyasının nümayəndəsi Armen Rustamyan Paşinyanın “Qarabağla bağlı danışıqlarda erməni maraqlarını iflasa uğratdığını və bunun nəticəsində müharibə və məğlubiyyət baş verdiyini” söyləyib.

Nikol Paşinyan isə öz növbəsində danışıqların uğursuz olmasının səbəbkarının ondan əvvəlki iqtidarın – Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın olduğunu bildiib. Silahlı münaqişənin dayandırılması məsələsinə gəlincə isə, Paşinyan xatırladıb ki, o əvvəllər dəfələrlə ermənilərə Azərbaycan tərkibində muxtariyyət verilməsi məsələsində razılığa gəlməyi təklif edib.

Ermənistanda aprelin 25-dən bəri Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etiraz aksiyaları keçirilir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya