Ermənistan parlamenti Laçın yoluna görə Azərbaycanı ittiham edən bəyanat layihəsini qəbul etməyib

2023-01-13 17:00:00

Ermənistan parlamenti Laçın yoluna görə Azərbaycanı ittiham edən bəyanat layihəsini qəbul etməyib

Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının iclasında hakim “Vətəndaş Müqaviləsi” fraksiyası müxalifətin Azərbaycanı Laçın yolunu bağlamaqda ittiham edən bəyanat layihəsini qəbul etməyib.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, layihə müxalif “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan tərəfindən təqdim olunub.

Müzakirələrin nəticəsi olaraq o, layihəni yenidən işlənməsi üçün geri götürdüyünü bildirib və hakim fraksiyanı “Anti-Qarabağ siyasəti” aparmaqda ittiham edib.

“Vətəndaş Müqaviləsi” fraksiyasından həmməruzəçi kimi çıxış edən Mariya Karapetyan isə parlamentin hələ dekabrın 16-da Laçın yoluna dair bəyanat verdiyini xatırladıb. O, həmin vaxt “Hayastan” fraksiyasının deputatlarına hər iki mətni birləşdirmək və ortaq sənəd hazırlamaq təklifi verildiyini, amma buna müsbət cavab alınmadığını vurğulayıb.

Xatırladaq ki, Laçın-Xankəndi yolunda dekabrın 12-dən Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına etiraz olaraq azərbaycanlı ekofəallar tərəfindən dinc etiraz aksiyası keçirilir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.247971