Saat:01:06
Haqqımızda

Ermənistan parlamenti corab ipi kimi sökülür: - Növbəti istefa

2022-07-01 17:06:00

Ermənistan parlamenti corab ipi kimi sökülür: - Növbəti istefa

“Ermənistan” fraksiyasından olan deputat Armen Gevorqyan regional məsələlər və Avrasiya inteqrasiyası komissiyasının sədri vəzifəsindən istefa verib.

Hurriyyet.az-ın cebhe.info-ya istinadən məlumatına görə, Gevorqyan artıq öz ərizəsini parlamentin rəhbərliyinə təqdim edib.
Armen Gevorqyan bu qərarını Ermənistanda baş verən siyasi hadisələrlə əlaqələndirib.

Xatırladaq ki, parlament iyulun 1-də keçirilən qapalı səsvermə zamanı “Ermənistan” fraksiyasının üzvləri İşxan Saqatelyanı vitse-spiker, Vahe Akopyanı isə İqtisadi Məsələlər üzrə Daimi Komissiyanın sədri postundan geri çağırılıb.

Ermənistan parlamentinin hakim “Mülki Müqavilə” fraksiyası 10 müxalifətçi deputatı iclaslarda səbəbsiz yerə iştirak etmədiyinə görə mandatdan məhrum etmək imkanını da nəzərdən keçirir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR