Saat:00:16
Haqqımızda

"Ermənistan özünü rüsvay edərək beynəlxalq platformada mövqelərini zəiflətməklə məşğuldur" - ZAUR MƏMMƏDOV

2023-02-01 13:12:00

"Laçın dəhlizi bağlıdır və təcili açılmalıdır" deyən dünyanın ayrı-ayrı ölkələrindəki ermənipərəst siyasətçilərin çıxışlarının heç bir hüquqi çəkisi yoxdur, bu bəyanatlar siyasi sifarişdir"

"Dünən Haaqa məhkəməsində "Azərbaycan Ermənistana qarşı" mövzusunda iclas keçirilib. Hakim müraciətdən 4 həftə keçməsinə baxmayaraq, Ermənistan tərəfinin Azərbaycanın Laçın dəhlizini bağladığı və yerli əhalini blokadada saxladığı ilə bağlı faktların olmamasını qeyd edib". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.

Politoloq bildirib ki, son zamanlar Ermənistan müxtəlif beynəlxalq instansiyalarda Azərbaycana qarşı əsl müharibəyə start verib: "Lakin göründüyü kimi, özünü rüsvay edərək beynəlxalq platformada mövqelərini zəiflətməklə məşğuldur. "Laçın dəhlizi bağlıdır və təcili açılmalıdır" deyən dünyanın ayrı-ayrı ölkələrindəki ermənipərəst siyasətçilərin çıxışlarının heç bir hüquqi çəkisi yoxdur, bu bəyanatlar siyasi sifarişdir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR