Saat:03:50
Haqqımızda

Ermənistan ordusunun iki avtomobili toqquşdu: Yaralılar var

2023-04-14 10:04:00

Ermənistan ordusunun iki avtomobili toqquşdu: Yaralılar var

Aprelin 13-də Ermənistanın Sünik (Zəngəzur) mərzində avtomobil qəzası baş verib. Nəticədə Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsinin yük maşını ilə sanitar maşını toqquşub. 

Hurriyyet.az  xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb. 

Toqquşma nəticəsində iki minik avtomobili qaz xətlərinə çırpılaraq onları qırıb və aşmış vəziyyətdə dərəyə düşüb. 

Müdafiə Nazirliyinin balansında olan tibbi avtomobilin sərnişinləri xəsarətlə Sisian xəstəxanasına çatdırılıblar. 

Hadisə nəticəsində yaralanan 2 əsgərin vəziyyəti orta-ağır qiymətləndirilir. 

yenisabah.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.281625