Saat:03:57
Haqqımızda

Ermənistan ordusu darmadağın edilir - Abramyan

2021-12-06 22:41:00

Ermənistan ordusu darmadağın edilir - Abramyan

“Ordu məqsədyönlü şəkildə darmadağın edilir”.

Bu barədə “Şərəfim var” fraksiyasının olan deputat Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“Hələ ki ordunun xeyli sayda zabit və generallarının adları kütləvi şəkildə müxtəlif cinayət işlərində, “keçmiş” və 44 günlük müharibə zamanı, müharibədən sonrakı müxtəlif epizodlarda hallanir, ordunun döyüş səmərəliliyindən, nizam-intizamdan və islahatlardan söhbət gedə bilməz”, – deyə o qeyd edib.

Abramyan Ermənistan ordusunun fiziki gücsüzlüyünü etiraf edib. O yazıb:

“İstənilən dəyişiklik və islahatların əsasını zabit korpusu təşkil edir. Bu zabitlərin bir çoxu sadəcə olaraq fiziki cəhətdən qoşunların gündəlik rejimdə nəzərdə tutulan fəaliyyətində iştirak edə bilmir. Onlar hüquq-mühafizə orqanları tərəfindən qısnamaya məruz qalırlar, bəzi hallarda onlara təzyiqlər edilir. Bu proseslərdən keçməyən zabitlər isə həmkarlarının hər zaman yoxluğunun ağır yükünü hiss edirlər”.

Tiqran Abramyan ordunun qəsdən məhv edildiyini bildirib.

“Ordu məqsədyönlü şəkildə darmadağın edilir ki, gələcəkdə bu və ya digər güzəştə gedəndə “orduda yaranmış vəziyyət” haqq qazandırsın”, – deyə Abramyan yazıb. / Konkret.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR