Ermənistan nüvə texnologiyaları ilə əlaqədar ABŞ-a müraciət edib
2024-08-22 12:20:13
Hurriyyet.az xəbər verir ki, ABŞ Ermənistanın "Razılaşma 123" sənədinə qoşulmaq üçün müraciətini nəzərdən keçirir. Bu razılaşmaya qoşulacağı təqdirdə, İrəvan Amerikanın "mülki" nüvə texnologiyalarına çıxış əldə edəcək. Bu barədə ABŞ Dövlət Departamentinin təmsilçisi "CivilNet" platformasına açıqlamasında məlumat verib.
Qanuna görə, nüvə texnologiyalarının verilməsi üçün Atom Enerjisi Agentliyi Qanununun 123-cü bölməsini imzalamaq lazımdır.
Dövlət Departamenti danışıqların təfərrüatlarını açıqlamayıb, lakin Ermənistanın müraciətinin "diqqətlə nəzərdən keçirildiyini" vurğulayıb.
Hürr Tərcüman