Ermənistan niyə MDB-ni tərk edə bilmir? - Azərbaycanla razılaşma səbəbindən
2024-09-09 13:32:51
Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanın MDB formatından imtina edə bilmədiyini, bunun səbəbinin Azərbaycanla danışıqlarda əsas sənədin Alma-Ata bəyannaməsi olduğunu bildirib.
Simonyan bugünkü brifinqdə Ermənistanın MDB-nin qeyri-formal sammitində iştirak etməsi məsələsinə toxunarkən bu mövzudan danışıb.
Simonyan deyib: "MDB-nin sütunlarından biri Alma-Ata bəyannaməsidir. Ermənistan bu gün özünün bütün danışıqlarını həmin sənədə əsaslandırır. Buna görə də biz baza sənədi bizim bütün əsas danışıqlarımızın təməli olan formatdan imtina edə bilmərik. Bu, təhlükəsizlik cəhətdən də çox mühümdür".
Hürr Tərcüman