Ermənistan muzdlu ordunu bu cür qurur

2022-12-07 13:14:00

Ermənistan muzdlu ordunu bu cür qurur

Ermənistan parlamenti çağırışçıların müqaviləli xidmətə keçməsinə imkan verən layihəni təsdiqləyib. 6 aylıq həqiqi hərbi xidmətdən sonra Ermənistan ordusunun əsgərlərinə 5 illik müqaviləli xidmətə keçmək təklif olunacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Artıq müqavilə başa çatdıqdan və ya sağlamlıq səbəbi ilə erkən tərxis olunduqdan sonra 5 milyon dram (təxminən 12,5 min dollar) müəyyən edilməsi planlaşdırılan mükafatlar almaq imkanı yaranacaq. Müqavilə bağlayanlar attestasiyadan keçəcək və nəticə müsbət olarsa, əmək haqqı artırılacaq. Müqavilənin vaxtından əvvəl ləğv edilməsi halında müqaviləli xidmət müddəti hesaba alınmayacaq və əsgər həqiqi hərbi xidmətini davam etdirməli olacaq”.

axar.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.553734