Saat:04:56
Haqqımızda

“Ermənistan müharibəyə hazırlaşır” - Elman Nəsirov

2023-11-22 00:10:06

“Ermənistan müharibəyə hazırlaşır” - Elman Nəsirov

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin iraqlı həmkarı Əbdüllətif Camal Rəşidin ölkəmizə rəsmi səfəri çərçivəsində mətbuata verdiyi açıqlamasında Qarabağ münaqişəsinin tarixinə ekskurs edib”.

Hurriyyet.Az-ın məlumatına görə, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

Millət vəkili ölkə başçısının Ermənistanın revanşizmə hazırlaşması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, Prezident İ. Əliyev Ermənistanı yeni bir müharibəyə sürükləmək niyyətində olan Fransanı kəskin şəkildə tənqid edərək söyləyib ki, bu, İrəvan üçün faciəvi nəticələrlə yekunlaşa bilər.

E. Nəsirov da analoji fikirləri təkrar edərək qeyd edib ki, ölkə başçısı burada bir sıra önəmli tezislərlə çıxış etdi və bildirdi ki, Azərbaycan tərəfi sentyabrın 11-də Ermənistana son təkliflərini təqdim edib:

“Lakin üstündən 2 aydan çox vaxt keçməsinə baxmayaraq, İrəvandan heç bir cavab gəlməyib. Nəinki cavab gəlməyib, əksinə, bu gün Ermənistanda revanşizm güclənməkdədir və Ermənistanı müharibəyə sürükləyir. Onun müttəfiqləri ona pis məsləhətlər verirlər. Prezident pis məsləhət verənlər arasında Fransanın adını xüsusi olaraq qeyd etdi. O bildirdi ki, müstəmləkəçi olan bu dövlətin verdiyi məsləhətlər Ermənistanı uçuruma aparır”.

“Prezident əlavə etdi ki, fransızlar erməniləri silahlandırırlar və bununla da onlarda belə bir illüziya yaradırlar ki, yenidən müharibəyə başlayıb Azərbaycan ərazilərini zəbt edə bilərlər. Ancaq bunun heç bir mənası yoxdur və reallaşma əmsalı sıfıra bərabərdir. Çünki biz 3 il bundan öncə II Qarabağ müharibəsində ərazi bütövlüyümüzü bərpa etdik. Əgər Fransa yaxşı müttəfiqdirsə, o zaman Ermənistanın yanında olub buna imkan verməzdi. Yaxud da ki, 19-20 sentyabr tarixlərində antiterror əməliyyatları keçirib ərazi bütövlüyümüzü və suverenliyimizi tam şəkildə təmin etdik ki, Paris bunun da qarşısını alardı. Lakin ala bilmədi və bundan sonra da ala bilməyəcək”, – deyə Milli Məclis üzvü məsələyə aydınlıq gətirib.

Müsahibimizin sözlərinə görə, nə qədər ki Ermənistan Fransa kimi dövlətlərin bu kimi pis məsləhətlərinə qulaq asır, belə olan halda, bu fikirlər Ermənistanı heç bir uğura gətirib çıxarmayacaq:

“Cənab Prezidentin sözlərindən bir daha məlum oldu ki, İrəvanın sülh müqaviləsi imzalamağa niyyəti yoxdur. Ermənistan sülh bəyanatları verir ki, bu da ancaq beynəlxalq ictimaiyyət üçündür. İrəvan illüziya yaradır ki, guya o sülh istəyir, reallıqda isə müharibəyə hazırlaşır. Məncə, Ermənistan səhv və uğursuz bir yol seçib ki, bu yol da onları sözün həqiqi mənasında uçuruma apara biləcək bir yoldur. Dövlət başçısı söylədi ki, Azərbaycan bütün bu reallıqları bilir, prosesləri diqqətlə izləməkdədir və bundan irəli gələn adekvat addımlar Azərbaycan tərəfindən atılmaqdadır”.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.560765