Ermənistan MTX: Azərbaycandan Naxçıvana mümkün tranzit marşrutları hazırlanır

2022-09-03 11:57:00

Ermənistan MTX: Azərbaycandan Naxçıvana mümkün tranzit marşrutları hazırlanır

Azərbaycandan Naxçıvana mümkün avtomobil marşrutları və tranzit prosedurları hazırlanır.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistan Milli Təhlükəsizlik Xidmətindən bildirilib.

Avqustun 18-də Ermənistanın Azərbaycanla sərhəddə üç buraxılış məntəqəsi açacağı məlum olub. Hökumətin qərar layihəsini Milli Təhlükəsizlik Xidməti təklif edib.

“Hazırda ehtimal olunan (avtomobil) tranzit marşrutları və prosedurları hazırlanır, ona görə də müvafiq qərarlar qəbul edildikdən sonra suallara cavab vermək mümkün olacaq”, - deyə xidmət bildirib.

Ordu.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058639