Ermənistan məğlub ordusunu “modernləşdirir”

2022-06-07 10:31:00

Ermənistan məğlub ordusunu “modernləşdirir”

Ermənistanın müdafiə orqanlarında struktur dəyişiklikləri həyata keçiriləcək. Nəticədə yeni model tətbiq ediləcək. Yeni modelə əsasən müdafiə nazirinin birinci müavini Baş Qərargah rəisi təyin ediləcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan deyib.

“Ordunun idarə olunması ilə bağlı müəyyən dəyişikliklər edilir. Bundan sonra silahlı qüvvələr yalnız öz işləri ilə məşğul olacaq: ölkənin müdafiəsi, döyüş hazırlığı. Qalan funksiyalar (satın alma, çatdırılma, texniki xidmət) müdafiə idarəsinin şöbələrinə həvalə ediləcək - ehtimal ki, ərzaq təchizatı vəziyyətində olduğu kimi”, - Papikyan bildirib.

Papikyan qeyd edib ki, hazırda hazırlanmaqda olan struktur dəyişiklikləri haqqında qanun layihəsi yaxın vaxtlarda Milli Assambleyaya təqdim olunacaq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya