"Ermənistan KTMT üzvü olaraq qalır"- KİV
2024-05-09 00:18:09

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın qurumun fəaliyyətinin maliyyələşdirilməsində iştirakını dayandırmaq qərarından xəbərdardır, lakin rəsmi İrəvan təşkilatın üzvü olaraq qalır.
Bu barədə TASS-a KTMT-dəki mənbə bildirib.
“Bu, yeni xəbər deyil, durumdan xəbərdarıq. Lakin Ermənistan KTMT üzvü olaraq qalır”, - adı açıqlanmayan mənbə deyib.
Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan ölkəsinin 2024-cü ildə KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina edəcəyini bəyan etmişdi. \\Report.Az
