Ermənistan Kremlin əliylə Gürcüstana GİZLİ HÜCUM TAKTİKASI TƏTBİQ EDİR

2022-08-30 12:04:00

Ermənistan Kremlin əliylə Gürcüstana GİZLİ HÜCUM TAKTİKASI TƏTBİQ EDİR

Rəsmi İrəvan özünü Türkiyə ilə Azərbaycanın perspektiv asılılığından, məntiqlə də siyasi asılılıqdan sığortalanmaq istəyir

Yaxın Şərqdən gələn erməni qaraçı dəstəsinin yeni vətəni Abxaziya olacaq

Son həftələr Qafqazın Gürcüstan seqmentində fəallaşma müşahidə olunur. Belə ki, Abxaziyanın da Rusiya ilə Belarusun ittifaq dövlətinə daxil olmağa hazır olduğu ifadə edildi. Separatçı Abxaziya Respublikasının qondarma prezidenti Aslan Bjaniya "Solovyov Live" proqramının efirində, "Rusiya Ukraynadakı xüsusi hərbi əməliyyatı uğurla bitirdikdən sonra tamamilə başqa reallığa qədəm qoyulacaq" ifadələri ilə bəyan etdi ki, "Respublikaya Moskva ilə möhkəm ittifaq lazımdır".

Söhbət 2022-ci il avqustun 25-də Kremlin təbliğatçısı Vladimir Solovyovun canlı efirində Aslan Bjaniyanın timsalında Rusiyanın Abxaziyanın tam ilhaqı və saxta separatçı “dövlətçiliyin” məhv edilməsi planlarını açıqlanmasından gedir. Danışılanlardan belə anlaşıldı ki, bu, “birlik dövləti” vasitəsilə baş verəcək.

Yuxarıda dediyimiz kimi, Aslan Bjaniya, Ukraynadakı müharibədən sonra onun “respublikası”nın "Belarus və Rusiya İttifaqı Dövləti"nə qoşulacağı açıqlandı və “birlik dövləti” kontekstində o, Rusiya Federasiyasının da ilhaq etməyi planlaşdırdığı Ukraynanın şərqindəki separatçı regionlar olan "Donbas Xalq Respublikası"nı (DXR) və "Luqansk Xalq Respublikası"nı (LXR) da xatırlatdı. “İttifaq dövləti” əvvəlcə Belarusun Rusiya tərəfindən “gözəl” ilhaqı layihəsi idi. Lakin Belarus lideri Aleksandr Lukaşenko bu prosesə bütün gücü ilə müqavimət göstərir və “birlik dövləti” hələ ki, ancaq kağız üzərində mövcuddur. Məsələn, Aleksandr Lukaşenko yenə də "hələ ki" Suxumi və Sxinvali separatçılarının “müstəqilliyini” tanımır, bunun onun dövlətinin tam ləğvi və ilhaqı yolunda ilk addım olacağını, beləliklə, 2010-cu ildəki separatçı rejimlərlə “tərəzinin eyni kəfəsinə qoyulacağını” yaxşı bilir. Üstəlik, bir vaxtlar Vladimir Putin Lukaşenkoya Belarusun “ittifaq dövləti” çərçivəsində Rusiya Federasiyasının “altı regionuna” inteqrasiyası perspektivini açıqlamışdı.

Bununla belə, Kremlin yeni planları var. Belarusu "ittifaq dövləti" vasitəsilə hələ ki, ilhaqla "udmağa" nail olmadısa da, eyni aktı separatçı rejimlərlə etmək olar. Beləliklə, bu yolla Rusiya Federasiyasının tərkibindəki milli respublikaların cüzi hüquq və muxtariyyətini ləğv etmək, onları adi vilayətlər yaxud “quberniyalar” səviyyəsinə endirmək mümkün olacaq.

Reallıqda isə “Rusiya və Belarusun ittifaq dövləti”- “Rusiya, DXR, LXR və Abxaziyanın ittifaq dövləti" ola bilər. Üstəlik, Ukraynada müharibənin bitməsini gözləmədən bunu edə bilərlər. Bu qurumda separatçıların ilhaq ediləcək "dövlətləri"nin Rusiyanın işğal etdiyi Ukraynanın Xerson vilayətindən daha gerçək hüquqları və “müstəqilliyi” olmayacaq. Ancaq "birlik dövlətində" baş verəcək şey-Rusiya qanunlarının ilhaq edilmiş ərazilərə tam şəkildə tətbiq edilməsi olacaq. O cümlədən, təbii ki, daşınmaz əmlak sahəsində.

Kimin “ittifaq dövləti”nin tərkibində bütün Abxaziya torpaqlarını tez vaxtda satın almaqda maraqlı olduğunu təxmin etmək çətin deyil. Təsadüfi deyil ki, Bjaniya Abxaziyanın “ittifaq dövləti” vasitəsilə ilhaqını elan etdiyi həmin gün erməni lobbisinin “əbədi xidmətçisi”, Rusiya Dövlət Dumasının deputatı, MDB işləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulindən başqa heç kim Abxaziya torpağından danışmayıb. O, erməni dostlarını “Abxaziyanın alınmasına hazırlaşmağın” və orada kütləvi məskunlaşmağın vaxtı çatması ilə sevindirməyə tələsib. Çünki Abxaziyanın “dövlətçiliyinin” ləğv edilməsini və onunla bağlı daşınmaz əmlakın alınmasına qoyulan bütün məhdudiyyətləri Bjaniyanın "özü" öz diliylə anons etdi. Konstantin Zatulin "Gazeta.Ru"ya müsahibəsində Abxaziyanın ittifaq dövlətinə mümkün daxil olmasının hansı məsələlərin həllinə kömək edəcəyini açıqladı. “Mən bunun (İttifaq Dövlətinin genişlənməsinin) baş verməsinin tərəfdarıyam. Mənə elə gəlir ki, bu, bir sıra aktual məsələlərə yeni şərait yaradacaq. Biz Abxaziya ilə, misal üçün- Abxaziya-Rusiya sərhədindən keçid rejimini sadələşdirməyə çalışdığımız Parlamentlərarası İşçi Qrupun işinə başlamışıq. Orada isə Rusiya və Belarus sərhəddində İttifaq dövləti çərçivəsində mövcud olan rejimi nümunə göstəririk. Əgər Abxaziyanın İttifaq dövlətinə qoşulmaq istəyi təsdiqlənərsə və o, yenidən formatlaşdırılarsa, o zaman məsələnin bu yolla həlli üçün yaşıl işıq yanacaq”, deyə Zatulin bildirib.

Deputat həmçinin etiraf edib ki, Abxaziya “İttifaq dövləti”nə daxil olarsa, tərəflərin Abxaziyada “ruslar”ın (böyük ehtimalla ermənilərin) torpaq alması imkanları barədə razılığa gəlmək daha asan olacaq. Lakin Zatulin bu məsələnin həllinə, elə həmin Zatulinin fikrincə, abxaz cəmiyyətində “kök salmış küçmişdənqalma qorxular”ın mane olması ucbatından məyus olur. “Abxaziya müxalifəti şübhə toxumu səpməyə çalışır: deyirlər ki, bu gün buna icazə verilsə, sabah abxazlar ölkənin ağaları olmayacaq. Amma aydındır ki, heç kim Abxaziyadan torpaq aparmayacaq və belə qorxular əslində Abxaziyanın inkişafına mane olur”, deyə Zatulin istehza ilə qeyd edib.

Doğrudan da, heç kim Abxaziya torpağını aparmayacaq. Buna görə də Kreml və erməni lobbisi bütün bu sirki öz separatçı marionetkalarının “müstəqilliyi” ilə səhnələşdirib, onları uzun illər bəsləyib. Onlara abxazlar yox, abxaz torpaqları, yad ərazilərin işğalı lazım idi. Buraya uzun müddətdir ki, iddiaçılar var idi.

Abxaziya torpağına “ən qədim xalqın” “yeni qaçqınları" gələcək. Yəqin ki, Qarabağın işğalı ilə Yaxın Şərqdən - Suriya, Livandan çəyirtkə sürüsü kimi tökülüşüb gəlmiş erməni qaraçı qaçqın dəstəsinin yeni vətəni Abxaziya olacaq. Onsuz da bu axın 44 günlük müharibədən sonra güclənmişdi. Xüsusilə həm Ukraynadakı müharibədə abxaz "şəhid"lərin, həm də narkotik hücumuna məruz qalmış genefondu kəsilən abxazların müqavimət göstərməyə gücü yoxdur. Demoqrafik baxımdan abxazlar hələ 2011-ci il göstəricilərinə görə, 240.705 nəfər əhalinin 122.069 nəfərini, ermənilər 41.870 nəfərini, ruslar isə 22.077 nəfərini təşkil ediblər. Göründüyü kimi, abxazlarla digərləri arasında rəqəm məsafəsi o qədər də böyük deyil. Əslində Kreml Abxaziyanın ilhaqının legitimləşdirilməsinə Pitsunda bölgəsinin mənimsənilməsi ilə bu yaxınlarda start vermişdi. Buna Pitsundada yerləşən istirahət obyektlərinin Kremlin xoşuna gəlməsini əsas gətirmişdi. Zatulinin son açıqlamasına cavab olaraq Gürcüstan parlamentinin vitse-spikeri David Sergeenko deyib: “Abxaziya Gürcüstanın bir hissəsidir, işğal müvəqqətidir, Rusiya və Belarus ittifaqı ilə heç bir inteqrasiya beynəlxalq qaydalara və qanunlara uyğun olmayacaq”. Sergeenkonun sözlərinə görə, “baş verənlər o qədər inanılmazdır ki, uzun sürməyəcək”. “Onlar məsələni bu cür paketləyirlər”, belə olur və bunu həm də 270-dən çox ölkədən üçünün Abxaziyanın “müstəqilliyini” tanıması da sübut edir. Mən dərindən inanıram ki, baş verənlər o qədər inanılmazdır ki, uzun sürməyəcək. İnanıram ki, biz yenidən eyni dildə danışmağa başlayacağıq - ümumi siyasi baxışı nəzərdə tuturam və biz yenidən birlikdə olacağıq", David Sergeenko deyib.

Ermənistan digər bir cinahdan da Gürcüstana gizli hücum taktikasını tətbiq edir. Belə ki, Ermənistan Potidən Kavkaz limanına (Rusiya Federasiyasının Krasnodar ərazisi) bərə buraxmaqla Rusiyaya Gürcüstandan keçməklə yol əlaqəsini Lars yolundan yox, dəniz yolundan həyata keçirmək istəyir. Bu məqsədlə Ermənistan Gürcüstanın Poti limanınını kirayəyə götürməklə Rusiya-Ermənistan yük daşıma əlaqəsi qurmağa çalışır. Ermənistandan Gürcüstana “Poti limanı-Qafqaz bərəsini işə salmaq” üçün təzyiqlər getdikcə daha təkidli xarakter alır. Ta ki, Gürcüstanın dövlət qurumları buna cavab verməyə məcbur qaldı və Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi Ermənistanla bağlı aşağıdakı məzmunda rəsmi açıqlama yaydı: "Ermənistan və Rusiya arasında Zemo-Lars sərhəd-keçid məntəqəsi tıxac səbəbindən tranzit yüklərin emalının tez-tez bir neçə həftə gecikdirildiyi yeganə birləşdirici quru məntəqəsidir ki, bu da tez xarab olan məhsulların və tez xarab olan məhsulların satışı ilə bağlı Ermənistan Respublikası üçün əhəmiyyətli ərzaq məhsulları, eləcə də ilk ehtiyac malları ilə bağlı problemlər yaradır. Bu problemlərə əsaslanaraq, Ermənistan Respublikası hökuməti Gürcüstan hökumətindən ərzaq və tez xarab olan məhsullar, eləcə də zəruri məhsullar baxımından Ermənistan tranzit yüklərini daşıyacaq Lars sərhəd-keçid məntəqəsinə alternativ olaraq dəniz nəqliyyatını nəzərdən keçirməyi xahiş edib. Dənizə çıxışı olmayan Ermənistan Respublikası ənənəvi olaraq Gürcüstanın limanlarından istifadə edir və beynəlxalq ticarət aparır. Bu baxımdan, Gürcüstanın Dənizə çıxışı olmayan dövlətlərin tranzit ticarəti haqqında Beynəlxalq Konvensiyaya qoşulması əlamətdardır. Bu konvensiyaya əsasən, dənizə çıxışı olmayan dövlətlər dənizə sərbəst çıxışa malik olmalı və dənizə sərbəst çıxışdan istifadə etmək üçün sahilyanı dövlətlərlə bərabər şəraitdə olmalıdırlar".

Ermənistan bir tərəfdən, sürətlə “dənizkənarı Ermənistana” çevrilən Abxaziyadan yan keçməklə Rusiyaya dəniz yolu ilə yüklərin tranzit almaq istəyir. Digər tərəfdən, İrəvanda bunun üçün Rusiya Federasiyasının “Qafqaz” limanı ilə bərə əlaqəsindən istifadə etmək istəyirlər. Bu liman vasitəsilə və Kerç boğazının o biri tərəfində yerləşən “Krım” limanına bərə xidməti hələ işğal olunmamış vaxtlarda Ukraynaya məxsus Krım ilə həyata keçirilirdi. Konkret olaraq “Kavkaz” limanına tranzitdən bəhs edilmir, lakin vurğulanır ki, onsuz da Ermənistan Gürcüstan limanlarından istifadə edir və istifadə edə bilər. Özü də Gürcüstan Ermənistanın dəniz tranzitinə əngəl törətmək fikrində deyil. Bununla belə, Ermənistanın əvvəlcə Rusiya Federasiyasını hazırda işğal olunmuş Ukrayna Krımı ilə birləşdirmək məqsədi daşıyan Kavkaz limanından istifadə etməsi Rusiyanın Ukraynaya təcavüzü səbəbindən ona qarşı tətbiq edilmiş sanksiyaların pozulmasıdır. Buna Gürcüstan deyil, Poti limanının operatoru olan Hollandiya şirkəti diqqət çəkdi.

Gürcüstanın Poti limanı ilə Rusiyanın Qafqaz limanı arasında müntəzəm bərə reyslərinin işə salınması artıq 2022-ci il iyunun 15-nə planlaşdırılırdı. Layihə iki, gələcəkdə isə Poti və Kavkaz limanları arasında üç bərənin reysini nəzərdə tuturdu. Lakin 2022-ci il iyunun 17-də Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan onun “texniki səbəblərə görə təxirə salındığını” açıqlamışdı. Onun sözlərinə görə, bütün məsələlər, o cümlədən Qərbin sanksiyaları altında olan bərələrlə bağlı məsələlər həll olunanda, həlli daha çox vaxt aparan başqa məsələlər də yaranıb. Kerobyan izah etmişdi ki, Poti limanı Hollandiya nəqliyyat şirkəti tərəfindən idarə olunur və o, bərə xidmətinə yaşıl işıq yandırmaq üçün mənzil-qərargahı Haaqada yerləşən ana şirkətdən-dünyanın ən böyük liman operatorlarından olan APM Terminals şirkəti- icazə almalıdır.

Vaqan Kerobyan daha sonra vurğulamişdı ki, yaranmış çətinliklərə baxmayaraq, erməni tərəfi “adi bərə reyslərinin işə salınması istiqamətində israrla irəliləyir”. Eyni zamanda, o, "B" planını da açıqladı, buna baxmayaraq, Hollandiyadan göstərilən şirkət icazə verməz. Daha sonra bərə Batumi limanından buraxılacaq, nazir izah etdi ki, Batumi limanını Qazaxıstan şirkəti idarə edir. Ümid edək ki, Qazaxıstan şirkəti ermənilərə bu şansı yaratmayacaq. Əlbəttə, Ermənistanın bu təşəbbüsünün bir daşla bir neçə quş vurmaq məqsədini daşıdığını qəbul etsək, güman edə bilərik ki, rəsmi İrəvan bu addımla həm Türkiyə ilə Azərbaycanın perspektiv asılılığından, məntiqlə də siyasi asılılıqdan sığortalanmaq istəyir. Həm Abxaziyanın "dənizkənarı Ermənistan"a çevrilməsi planı ilə Qara dəniz ölkəsinə çevrilmək istəyir. Həm də İran üçün vazkeçilməz Avropaya açılan qapı roluna sahiblənmək istəyir ki, böyük ehtimalla limanın alınması və ardınca gələn xərclərin də İranın qarşılaması mümkündür. Necə ki, məlum olduğu kimi, İran Ermənistanla sərhədindən vaz keçməyəcəyini, sərhədlərin dəyişməyəcəyini hər fürsətdə elan edir. İranın Avropaya iki yolu var-Suriyadan keçməklə Aralıq dənizinə yaxud Ermənistandan Gürcüstana, oradan da Qara dənizlə Avropa bazarına çıxmaq. Yenə teatr pərdəsinin arxasında İran var...

Bəs Gürcüstan əlindən artıq getmiş və qayıtmaq ehtimalı "0" olan Abxaziya-Cənubi Osetiya itkisinə, artıq reallaşmaqda olan rus işğalına, üstəlik sürünən erməni işğalına qarşı necə dura bilər. Ukraynadakı "xüsusi hərbi əməliyyat" yekunlaşdığı təqdirdə başı açılan Rusiya üzünü hansı ölkəyə çevirəcək-növbəti qurban Gürcüstan ola bilərmi? Abxaziyada baş verənləri, Bjaniyanın açılamasını nəzərə alsaq təxmin edə bilərik ki, Gürcüstan növbəti hədəf ola bilər. Və o 2008-ci ildə olduğu kimi "tək", Rusiyaya qarşı əliyalın qalacaq. Çıxış yolu rəsmi Tiflisin "sığındığı" NATO-Qərb ola bilərmi? Çətin ki...Gürcüstan iki ərazisini itirməsinə rəğmən özü də salamat qala bilməyəcək. Rəsmi Tifllisin etibarlı himayədarı Türkiyə ola bilər. Amma avqustun 12-də Didqori döyüşündəki qələbənin 900 illiyini qeyd etməklə Tiflisin Ankaraya simvolik mesajı hansı anlamı daşıyır? Yaxud Avropa İttifaqına üzvlüyün müzakirəsi dönəmində Ahıska türklərinin geri qayıdacağına şərait yaratmasına söz verən Tiflis "sözünü unutmaq"la nəyə nail olmaq istəyir...Ermənilərin dağıdıcı qüvvə kimliyini daşıdığını göz önünə alsaq Tiflisin də bu erməni zəlalətindən nəsibini alacağı mümkündür. Bəs türklərin ermənilərdən fərqli olaraq yaşadıqları toplumda birləşdirici amil rolu oynadığını nəzərə alsaq, Gürcüstanı dağıtmaq istəyən ermənilərə qarşı türk amili ilə bir araya gəlmək daha məntiqli olmazmı?

Ülviyyə ŞÜKÜROVA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060144