Saat:13:39
Haqqımızda

"Ermənistan konstitusiyasını dəyişməsə, sülhdən danışmağa dəyməz"

2024-02-03 20:33:15

“Son aylarda Azərbaycanla Ermənistan arasında de-fakto sülh hökm sürməkdədir. İki ölkə arasındakı şərti sərhədlərdə hər hansı gərginlik qeydə alınmamaqdadır. Tərəflər heç bir vasitəçinin iştirakı olmadan sülhün yaranması istiqamətində qarşılıqlı şəkildə addımlar  atmaqdadır. Artıq Ermənistan tərəfi də anlamaqdadır ki, hər hansı vasitəçinin iştirakı olmadan  daha asanlıqla qarşılıqlı anlaşma əldə etmək mümkündür. Azərbaycan sülh əlini uzadıb və sülhə hazırdır. Ona görə də Ermənistan tərəfi yaranmış vəziyyəti düzgün dəyərləndirib bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalamalıdır. Eyni zamanda Ermənistan konstitusiyasına dəyişiklik edərək qonşularına qarşı ərazi iddialarına da son qoymalıdır”.

Hurriyyet.Az xəbər verir ki, bunu Ölkə.Az-a açıqlamasında deputat İltizam Yusifov deyib.

Deputat bildirib ki, Ermənistanın mövcud konstitusiyası Azərbaycanla uzunmüdətli etibarlı sülh sazişinin imzalanmasına imkan vermir: “Çünki Ermənistanın mövcud konstitusiyasında Azərbaycan qarşı birbaşa ərazi iddiası öz əksini tapıb. Bu da gələcəkdə imzalana biləcək sülhə təhdid yaradır. Ona görə də Ermənistan bölgədə dayanıqlı və uzunmüddətli sülh istəyirsə, o zaman ilk növbədə konstitusiyaya dəyişikliklər etməli və konstitusiyada Azərbaycanla Türkiyəyə qarşı ərazi iddiaları, uydurma soyqırımı və digər müddəalar oradan çıxarılmalıdır. Ümumiyyətlə, Ermənistan konstitusiyası bölgənin təhlükəsizliyinə ciddi təhdid mənbəyidir. Son günlərdə Ermənistan cəmiyyətində konstitusiyaya dəyişiklik edilməsi istiqamətində müəyyən müzakirələrin başlanması müsbət hadisədir. Ancaq bu müzakirələr səviyyəsində olmamalıdır, konkret addımlar atılmalıdır. Ermənistan konstitusiyasına dəyişikliklər olmadıqca bölgədə  nə dayanıqlı sülhdən, sabitlikdən, inkişafdan, nə də sıx əməkdşalıqdan danışmağa dəyər. Əks təqdirdə bu sülh imzalansa belə, sülhə təhdid olaraq qalmaqda davam edəcək. Ona görə də sülh danışıqları ilə paralel Ermənistan vaxt itirmədən konstitusiyaya dəyişikliklər etməlidir”, - o qeyd edib.   

Deputat əlavə edib ki, tərəflərin qarşılıqlı şəkildə bir-birinə doğru addım atmasından çox ciddi narahatlıq keçirən qüvvələr var: “Həmin qüvvələr yaxşı anlayır ki, əgər Bakı ilə İrəvan sülh danışıqlarını vasitəçisiz davam etdirərlərsə, o zaman onlar oyundankənar vəziyyətə düşəcəklər. Ona görə də hər vasitə ilə bölgədə pozuculuq fəaliyyəti ilə məşğul olub sülhü əngəlləməyə çalışırlar. İlk növbədə Fransa bölgədə gərginliyin davam etməsinin səbəbkarıdır. Fransa bölgədə “od üstünə benzin tökmək” prinsipindən çıxış edir. Paris hər vasitə ilə bölgədə gərginliyin daha da dərinləşməsinə çalışır. Bu yolla Fransa  Cənubi Qafqazda  nüfuzunu gücləndirmək  istəyir. Bu məqsədinə çatmaq üçün Ermənistandan bir vasitə kimi istifadə edir.  Fransanın Ermənistanı silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür.
Fransa eyni zamanda niyyətinə nail olmaq üçün beynəlxalq riyakarlığa əl ataraq Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamentindən də istifadə etməyə çalışır. AŞPA-nın Azərbaycanla bağlı məlum son qərarı da Fransanın səyi nəticəsində Azərbaycana qarşı həyata keçirdiyi çirkin planların nəticəsidir. AŞPA-nın son hərəkətləri təşkilatın üzərinə götürdüyü missiya ilə ziddiyyət təşkil edir. Həmin qərar bölgədə sülhə və dialoqa deyil, əksinə, sabitliyin pozulmasına, gərginliyin davam etməsinə xidmət edir. Bu eyni zamanda Fransanın əli ilə AŞPA-nın nüfuzuna vurulan böyük zərbə idi. Məsələ ilə bağlı ölkə başçısı da öz qəti mövqeyini bəyan edib. Prezident İlham Əliyevin cari ilin 1 fevral tarixində Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşündə AŞPA-nın məlum qərarı ilə bağlı mövqeyini açılayaraq bildirdi ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa edilməlidir. Əks təqdirdə Azərbaycan Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Bu Avropa Şurasına ciddi mesajdır. Azərbaycanın belə sərt addımı isə Avropa Şurasının imicinə ciddi zərbə olacaq. Odur ki, Avropa Şurası bundan nəticə çıxarmalı və üzərinə düşən missiyanı  yerinə yetirməli, bölgədə sülhə öz töhfəsini verməlidir”.

Mürtəza

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR