Saat:18:25
Haqqımızda

Ermənistan Konstitusiyası dəyişiləcəkmi? Paşinyan şərtini açıqladı

2025-05-26 11:04:34

Ermənistan Konstitusiyası dəyişiləcəkmi? Paşinyan şərtini açıqladı

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir şərtlə Konstitusiyaya dəyişikliklərin təşəbbüskarı olacağını bildirib.
Paşinyan deyib ki, Konstitusiya Məhkəməsi Azərbaycanla sülh müqaviləsini təsdiqləməsə, şəxsən özü Ermənistanın əsas qanununa dəyişikliklər aparılmasının təşəbbüskarı olacaq.
Nikol Paşinyan "İrəvan dialoqu" adlı beynəlxalq forumdakı çıxışında deyib: "Biz razılaşmanı Konstitusiya Məhkəməsinə göndərməliyik. Başqa seçim yoxdur. Əgər Konstitusiya Məhkəməsi bu razılaşmanın ermənistan qanunlarına uyğun olmadığını qərara alarsa, mənim şəxsi mövqeyim əsas qanuna dəyişikliklərin təşəbbüskarı olacağımdır. Çünki, hesab edirəm ki, sülh sazişi imkanını əldən vermək olmaz". 
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.211694