Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla delimitasiya üzrə komissiyanın reqlamentini təsdiqlədi
2024-09-26 21:19:42
Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə hökumətlərarası birgə komissiyanın fəaliyyət reqlamentini nəzərdən keçirib.
APA-nın Ermənistan mediasına istinadən xəbərinə görə, Konstitusiya Məhkəməsi tərəflər arasında avqustun 30-da imzalanan sənədin reqlamentini təsdiq edib.