Ermənistan KİV: "Yaralılarımız "Qazprom"un "UAZ"ları ilə daşınırdı"

2022-09-20 11:36:00

Ermənistan KİV:

İrəvan Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatları zamanı mülki avtomobillərdən də yararlanıb.

Bu barədə "Hraparak" nəşri məlumat yayıb.

“Hakimiyyət sərhəddə baş vermiş hərbi toqquşmalardan sonra qurbanların adlarını gizlədir. İrəvan hələlik nə adları, tam siyahını, nə də ölülərlə bağlı son rəqəmləri açıqlamasa da, müharibə iştirakçıları bildirirlər ki, onlar orduya məxsus maşınlardan başqa, mülki avtomobillərdən də dəstək istəyiblər.

Yaralıları daşımaq üçün "Qazprom"a məxsus "UAZ" maşınlarını da əməliyyatlara götürüblər. Xatırladaq ki, 44 günlük müharibə zamanı mülki maşınlar olan "Spika" soyuducu-avtomobilləri də ordunun ehtiyaclarına xidmət edirdi, onlardan morq kimi yararlanıblar", - nəşr yazıb.

Ermənistan Təhlükəsizlik Şurası: "Ölü və itkin sayı 207-yə çatdı"Müəllif qeyd edir ki, ordudakı mənbələrin onlara ötürdükləri bu informasiyanın dəqiqliyini yoxlamağa çalışıb.

"Bu mövzu ilə bağlı “Qazprom Ermənistan”a ünvanladığımız sualımıza cavab olaraq şirkətdən bildirdilər ki, mövzu ətrafında danışmaqdan imtina edirlər. "UAZ"ların hərbçilərin ixtiyarına verilməsinin doğru xəbər olmasına əmin deyilik. Lakin indiki halda yalnız güman etmək olar ki, ayrı-ayrı vətəndaşların avtomobilləri ordunun ehtiyaclarına xidmət edib", - "Hraparak"da dərc edilən məqalədə yazılıb.

Erməni mediasının öz dili ilə mülki avtomobillərin döyüşlər zamanı qaynar nöqtələrə çəkib əməliyyatlara cəlb etmələrini etiraf etməsi onların iç üzünü bir daha açıb göstərmiş oldu. Bir neçə gün öncə dünyaya məzlum sima ilə haray çəkib yardım istəyən, guya azərbaycanlıların sərhəddə mülki obyektləri hədəf aldığını deyən ermənilər aşkar şəkildə etiraf edirlər ki, nəinki orduya məxsus olmayan avtomobillərdən istifadə ediblər, hətta meyit, yaralı da daşıyıblar...

AzVision.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.074402