Ermənistan İttifaq dövlətinə daxil olacaqmı?

2023-01-10 14:39:00

Ermənistan İttifaq dövlətinə daxil olacaqmı?

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistana Rusiya ilə Belarusun İttifaq dövlətinə daxil olmaq barəsində rəsmi təklifin edilmədiyini söyləyib.

Paşinyan deyib: “Rəsmi təklif olmayıb və ola da bilməz. Lakin reallıq göründüyü qədər sadə deyil”.

Paşinyan jurnalistin ölkənin İttifaq dövlərinə daxil olması mövzusunda bəyanatlar vasitəsi ilə müxtəlif ekspertlər tərəfindən təzyiqlər göstərilməsi fikrini təkzib eləməyib.

Paşinyan deyib: “Ermənistanın suverenliyi bizim üçün mütləq dəyədir”.

Xatırladaq ki, 2022-ci ilin dekabr ayının axırlarında RF Prezidentinin mətuat katibi Ermənistanın təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusianın Ermənistanı İttifaq dövlətinə birləşməyə və Azərbaycana dəhliz verməyə məcbur elədiyi barəsində açıqlamasını “təxribatçı və yalan çıxış” adlandırmışdı.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.142572