Ermənistan İranla Araz üzərindən ikinci körpünün tikilməsini müzakirə edir
2024-09-28 12:05:06
İran və Ermənistan Araz çayı üzərində ikinci körpünün tikintisi ilə bağlı texniki məsələləri müzakirə edirlər.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Ermənistan və İran arasında Araz çayı üzərində ikinci körpünün tikintisi ilə bağlı texniki məsələlər müzakirə olunur", - nazirlik qeyd edib.
Qeyd olunub ki, bu ilin mayında layihənin həyata keçirilməsi məqsədilə işçi qrup yaradılıb.
Məlumata görə, Araz çayı üzərində yeni körpünün tikilməsi üzrə işlərə 2023-cü ilin sonunda başlanılıb.
Musavat.com