Ermənistan İranın Avrasiya İqtisadi İttifaqı ilə sövdələşməsində maraqlıdır
Hurriyyet.az “Sputnik Ermənistan” portalına istinadla xəbər verir ki, hazırda Avrasiya İqtisadi İttifaqı ölkələri ilə razılaşmanın detalları dəqiqləşdirilir. İrəvanda keçirilən “İranın azad iqtisadi zonaları” sərgisində jurnalistlərin suallarını cavablandıran Ermənistan İqtisadiyyat naziri Vahan Kerobyan Ermənistanın İran ilə Aİİ üzvü olan dövlətlər arasında azad ticarət zonası ilə bağlı daimi müqavilə imzalamasında çox maraqlı olduğunu deyib.
Kerobyan deyib: “Ermənistan İranı quru yolla Avrasiya İqtisadi İttifaqı ölkələri ilə bağlayan yeganə ölkədir. İttifaqla İran arasında azad ticarət zonası ilə bağlı razılaşmanın mətni imzalanmağa hazırdır. Hazırda AAİİ üzvü olan ölkələrin mövqeləri dəqiqləşdirilir.”
Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələr bunlardır: Rusiya, Belarus, Qazxıstan, Qırğızıstan və Ermənistan. İndiyə qədər bir sıra Asiya və Afrika ölkələri ilə azad ticarət zonaları barəsində razılaşmalar imzalanıb.
Hürr Tərcüman