Ermənistan iqtisadiyyatı üçün ŞOK - Bu ilin sonunda...
2024-11-24 00:02:30
2024-cü ilin sonuna kimi Ermənistanda real ÜDM artımı 6 faiz təşkil edəcək.
Bu proqnoz Beynəlxalq Valyuta Fondunun hesabatında əksini tapıb.
Fonda görə ötən il 8,3 faiz təşkil etmiş göstərici gələn il 4,9 faizə qədər yavaşıyacaq. BVF ekspertlərinin fikrincə, 2029-cu ildə Ermənistanın ÜDM artımı 4,5 faiz təşkil edəcək.
Hesabatda həmçinin qeyd olunur ki, Ermənistanda işsizlik səviyyəsi 2024-cü ilin sonunda 13 faiz, 2025-ci ildə isə 13,5 faizə çatacaq.
2023-cü ildə bu rəqəm 12,6 faiz olub. \\Musavat.com