Ermənistan ilə İtaliya təmsilçiləri hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər
2024-04-26 16:13:57

Hurriyyet.az "Aysor" nəşrinə istinadla xəbər verir ki, Ermənistan ilə İtaliya nümayəndələri hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq elədiyi nümayəndə heyəti 23-25 aprel tarixlərində İtaliya Respublikasına səfər edib, İtaliyanın müdafiə nazirliyinin və müdafiə sənayesinin təmsilçiləri ilə görüşüb. Görüşlər zamanı Ermənistanla İtaliya arasında hərbi, hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib, bir sıra razılaşmalar əldə olunub.
Hürr Tərcüman
