Ermənistan iddia edir ki, Azərbaycan sərhədə qoşun yığır

2023-09-07 10:45:20

Ermənistan iddia edir ki, Azərbaycan sərhədə qoşun yığır

Azərbaycan Ermənistanla sərhədə və separatçıların nəzarət elədiyi ərazilərlə təmas xəttinə qoşun toplayır. 

Bunu AzadlıqRadiosunun erməni xidməti yazıb. Məlumatda deyilir ki, artıq bu barədə Ermənistandakı diplomatik nümayəndəliklər məlumatlandırılıb.

Hələ ki, Azərbaycan tərəfi bu barədə açıqlama verməyib, lakin Müdafiə Nazirliyi sentyabrın 6-da məlumat yayıb ki, Qarabağdakı qanunsuz silahlı dəstələr Azərbaycanın Laçındakı mövqelərinə yaxınlaşmaq məqsədi ilə səngər yolları qazmağa cəhd edib. Ermənistan tərəfi bu iddianı şərh etməyib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.136202