Saat:05:29
Haqqımızda

Ermənistan hökumətindəki Azərbaycan agenti kim imiş? - Yeni casus qalmaqalı

2022-06-30 10:24:00

Ermənistan hökumətindəki Azərbaycan agenti kim imiş? - Yeni casus qalmaqalı

"Ölkəmiz və xalqımız həqiqətən də acınacaqlı vəziyyətdədir. Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın etibarlı agentidir”.

Bunu İrəvanda jurnalistlərlə görüşündə Ermənistan Respublika Partiyasının nümayəndəsi, keçmiş deputat Qaqik Minasyan deyib.

Eks-deputatın fikrincə, Ermənistanın Baş naziri Azərbaycan diplomatiyasının tapşırıqlarını ölkəmizin xarici işlər nazirindən daha yaxşı yerinə yetirir:

“Paşinyan Baş nazir vəzifəsinin icrasına başlamazdan əvvəl aparılan danışıqlar prosesinin məzmununu və mahiyyətini açıq şəkildə təhrif edir. Bu yalan təkcə sonrakı faktlar və hadisələrlə təkzib olunmur. Bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov da təkzib edib, o, bütün həmsədrlər adından çıxış edib və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi mövqeyini bildirib. Onun yalanları türklərin özlərindən daha çox türkpərəstdir”.

O əmindir ki, hökumət başçısı ona qarşı kompromatların olması səbəbindən belə mövqe tutur.

Maraqlıdır, Paşinyana qarşı niyə bu cür fikir formalaşdırılıb? Dia.az-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlamasında politoloq Samir Hümbətov deyib ki, son zamanlar Paşinyan hökuməti ilə Azərbaycan arasında gedən danışıqlar Ermənistan müxalifətini ciddi narahat edir:

"Ermənistan müxalifətinə Rusiyadan verilən dəstək onları daha da cəsarətləndirir. Əslində müxalifət çox şeyi bilməyə bilər. Amma Rusiyanın bu məsələdə aktivlik göstərməsi, məsələləri dərindən izləməsi, əldə olan məlumatı Ermənistan müxalifətinə ötürməsi onlarda informasiya bolluğu yaradır.

Onlar Paşinyanın Azərbaycanla danışığa getməsi, sərhədlərin delimitasiya və demarkasiya işlərinin aparılması ilə bağlı komissiyaların təşkil edilməsi kimi məsələri göz önünə alaraq bu fikirləri söyləyirlər. Ermənistan müxalifətinin burada məqsədi var.

Düşünürlər ki, Paşinyana indiki halda ancaq bu yolla təzyiq etmək olar. Müxalifət tərəfindən belə bir açıqlama verilməsi normal qarşılanmalıdır. Çünki burada təkcə qonşu dövlətlərə və xalqlara deyil. Onlar həm də ölkədaxili siyasətdə də bu şantajdan istifadə edirlər".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR