Saat:08:18
Haqqımızda

Ermənistan hərbi xidmətə çağırış yaşını artıra bilər

2025-05-03 13:26:01

Ermənistan hərbi xidmətə çağırış yaşını artıra bilər

Ermənistanda məcburi hərbi xidmət üçün maksimum yaş həddinin 27-dən 37-yə qaldırılmasını təklif edirlər.

Hurriyyet.az xəbər verir ki, müvafiq qanunvericilik təşəbbüsü ilə hakim “Mülki müqavilə” partiyasından olan deputat Hayk Sarkisyan çıxış edib.

Təklifə həmçinin “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklər daxildir.

Məlumata görə, hərbi xidmət üçün yaş həddinin artırılması ilə yanaşı, 18 yaşına qədər vətəndaşlığını dəyişən kişilər üçün 15 milyon dram (təxminən 40 min dollar) rüsum müəyyən edilməsi təklif edilir.

Bu məbləğ hərbi xidmətdən yayınan 27 yaşından yuxarı vətəndaşlara cinayət məsuliyyətindən yayınmağa imkan verəcək.

Yeniavaz.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.223485