"Ermənistan həmişə ikibaşlı, üçbaşlı oynayır" — Deputat

2023-02-17 21:34:00

"Biz görürük ki, Azərbaycanın konsktruktiv beynəlxalq hüquq prinsiplər üzərində qurulmuş təkliflərinə cavab olaraq Ermənistan rəsmiləri tərəfindən provakativ bəyanatlar verilir".

Hurriyyet.Az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib. Millət vəkili  əlavə edib ki, sülh danışıqlarının ruhuna, Ermənistan-Azərbaycan arasında normallaşma prosesinin kontekstinə uyğun olmayan fikirlər səsləndirilir:

"Məsələn, elə Paşinyanın dünənki hökumətin iclasında çıxışından əvvəl Ermənistan Təhlükəsizlik Şurasının başçısı Qriqoryanın çox sərsəm bir bəyanatı oldu. O, Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşmasını Azərbaycanın daxili işlərinə qarışmaq, Azərbaycanın Qarabağ bölgəsi və orada yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının hansısa bir beynəlxalq mexanizmlər çərçivəsində problemlərin həll edilməsi kimi bir provakativ bəyanat verildi. Ona görə də, biz tələsməməliyik. Ermənistan həmişə ikibaşlı, üçbaşlı oynayır. Təəssüflər olsun ki, həmişə biz bu bəyanatların guya yaxşı görünən, konstruktiv səslənən bəyanatların arxasında bir məqamlar görürük ki, bu heç də sülh prosesinə, münasibətlərin normallaşmasına kömək etmir. 

Ermənistan konkret şəkildə 2020-ci il 10 noyabr tarixli bəyanatından irəli gələn öhdəliklərini yerinə yetirməlidir. Konkret olaraq, elan etməlidir ki, məhz Ermənistana aid qanunsuz silahlı birləşmələri Qarabağdan çıxarır, Azərbaycanın Qarabağ bölgəsində olan separatizm ünsürlərinin dəstəklənməsini dayandırır. Eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsində digər qanunsuz fəaliyyəti və Azərbaycan xalqına məxsus sərvətlərin talanmasını dayandırır. Kommunikasiya xətlərinin, Zəngəzur dəhlizinin açılmasını birbaşa elan etməlidir. Biz bunları görmürük və təəssüf ki, burada ixtilaflar, fikir müxtəliflikləri olur".

Nəzrin Hüseynli


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.177662