Saat:19:50
Haqqımızda

Ermənistan hakimiyyəti Gümrü meri postuna seçkilərlə bağlı müxalifət namizədlərə təzyiqlərə başlayıb

2025-03-27 13:40:01

Ermənistan hakimiyyəti Gümrü meri postuna seçkilərlə bağlı müxalifət namizədlərə təzyiqlərə başlayıb

Ermənistanın Gümrü şəhərində mer seçkilərinə üç gün qalmış hakimiyyət orqanları tərəfindən müxalifət namizədlərinə sərt təzyiqlər edilir.

Hurriyyet.az xəbər verir ki, hüquq-mühafizə orqanları Gümrü meri postuna namizəd, “Mənim şərəfim var” fraksiyasının deputatı Martun Qriqoryanın seçki qərargahına basqın edib.

Bu barədə vəkil Arsen Babayan sosial şəbəkədə məlumat verib.

Məlumata görə, Qriqoryanın ofislərində axtarışlar aparılır.

Bundan əvvəl hüquq-mühafizə orqanlarının “Ana Ermənistan” müxalifət blokunun Gümrüdəki ofisində yoxlamalar apardığı məlum olub. Blokun Gümrü meri postuna namizədi Emma Qriqoryan Gümrüdən Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb və qarşıdan gələn seçkilərlə bağlı seçicilərə rüşvət verilməsi ilə bağlı araşdırmalara başlanılıb.

“Ana Ermənistan” blokunun rəhbəri Andranik Tevanyan bunu siyasi təqib adlandırıb və hakimiyyətin hərəkətlərini pisləyib.

Qeyd edək ki, Gümrüdə erkən seçkilər martın 30-da keçiriləcək.

APA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.154024