Saat:13:46
Haqqımızda

"Ermənistan hakimiyyəti Akdağ dağını Azərbaycanın tam nəzarətinə vermək niyyətindədir" - FOTO

2021-10-16 20:24:00

“Ermənistan hakimiyyəti Akdağ dağını (Azərbaycan ərazisi, Pelasar dağı – red.) Azərbaycanın tam nəzarətinə vermək niyyətindədir”.

Bunu “Hayastan” blokunun deputatı Anna Qriqoryan deyib.

Daha sonra o, Qafan rayonunun bir neçə kəndinin də Azərbaycana təhvil veriləcəyini bildirib.

“Bu baş verərsə, Kafan rayonunun bir neçə kəndi Azərbaycan Silahlı Qüvvələrinin birbaşa nəzarəti altında qalacaq. Əslində, Azərbaycanın artıq təxribat təşkil etməsinə ehtiyacı yoxdur, Ermənistan hakimiyyəti istədiyi hər şeyi ona verməyə və müqavimət göstərməməyə hazırdır “, – deyə Qriqoryan qeyd edib. \\KONKRET

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR