Ermənistan gündən-günə KTMT-dən uzaqlaşır – növbəti qərarını açıqladı

2023-03-10 21:50:00

Ermənistan gündən-günə KTMT-dən uzaqlaşır – növbəti qərarını açıqladı

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İrəvan KTMT-nin Baş katibinin müavini postuna olan kvotadan imtina edib. Artıq bununla bağlı sənəd təşkilata göndərilib. Qərarın səbəbləri açıqlanmır. Bu barədə məlumatı Ermənitan XİN-in mətuat katibi Vahan Unanyan verib.

Bəlli olduğu kimi, ilin əvvəlində Ermənistan KTMT-nin “Sarsılmaz qardaşlıq” adlı ənənəvi təlimində iştirak eləməkdən də imtina eləmişdi. Təlim əvvəlcədən planlaşdırıldığı kimi, Ermənistanda yox, Qırğızıstanda keçirildi.

Yanvarın əvvəlində isə RF XİN rəhbəri Sergey Lavrov Azərbaycanla münasibətləri nizamlamaq məsələsində Ermənistanın KTMT-nin yardımından özünün imtina edərək, Avropa İttifaqı missiyasını dəvət elədiyini bəyan eləmişdi.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.260424