Ermənistan geri çəkilir: “Paşinyan açıq şəkildə dedi ki, Qarabağ...”

2023-01-14 16:14:00

Ermənistan geri çəkilir: “Paşinyan açıq şəkildə dedi ki, Qarabağ...”

“Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycan təhlükəsi ilə üz-üzə gəlməmək üçün Qarabağ məsələsindən əlini çəkib”.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

“Ermənistan hakimiyyəti kənara çəkilib, yalnız Qarabağa (separatçı rejimə-red.) Azərbaycanla dialoqa dair qeyri-müəyyən çağırışlar edir. Paşinyanın son mətbuat konfransından bu aydın oldu”, - nəşr qeyd edir.

Məqalədə vurğulanır ki, Ermənistan hakimiyyətinin Qarabağ ermənilərinə dəstəyi humanitar yardımdan o yana keçmir:

“Paşinyan onu da bəyan edib ki, Qarabağ erməniləri öz, Ermənistan xalqı da öz problemləri ilə məşğul olmalıdır. Belə bir mövqe Ermənistan cəmiyyətindəki əhval-ruhiyyəyə də öz əksini tapır. Ermənistanda insanların böyük hissəsi Qarabağda baş verənlərə etinasız yanaşır, Qarabağ ermənilərini ələ salırlar, hətta mövcud duruma görə sevinirlər”.

Qəzet Paşinyanın separatçı rejimə Azərbaycana yeni hərbi eskalasiyaya başlamağa əsas yaradan açıqlamalar verməmək barədə çağırışına da toxunub:

“Paşinyan hökumətin iclasında dedi ki, belə açıqlamalar prosesi dalana aparır və heç kim aparılan konstruktiv danışıqları (Azərbaycanla) pozmamalıdır.

Paşinyanın açıqlamasından aydın olur ki, Ermənistan “Qarabağın öz müqəddəratını təyinetmə mövzusu”nu qaldırmayacaq. Digər tərəfdən, Paşinyanın mətbuat konfransında Rusiya sülhməramlılarına qarşı konkret ittihamlar səsləndirməsi, onların öhdəliklərini yerinə yetirə bilməmələrini dilə gətirməsi faktı da diqqət çəkir”.

Teleqraf.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.251416